Fevralın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “METAK” şirkətinin nümayəndə heyəti ilə görüşüb.
Görüşdə rəhbərlik etdiyi universitet haqqında qonaqlara məlumat verən rektor insan kapitalının inkişafının prioritet istiqamət olduğu bir vaxtda müasir texniki avadanlıqla işləyən müəssisələrlə əlaqələrin genişləndirilməsinin vacibliyini bildirib. Tələbələrin motivasiyası, təcrübi vərdişlər qazanması və yüksəkixtisaslı mütəxəssis kimi yetişməsi üçün təkcə universitet təhsilinin kifayət etmədiyini söyləyən M.Babanlı müəssisələrlə birgə işlərin aparılmasının və gündəlik təcrübənin keçirilməsinə dəstək verilməsinin əhəmiyyətini vurğulayıb.
ADNSU ilə əməkdaşlığa hər zaman hazır olduğunu deyən “METAK” şirkətinin təsisçisi Alik Kərimov təmsil etdiyi müəssisə haqqında məlumat verib. Hazırda şirkətin müxtəlif növ boruların istehsalı və satışı sahəsində ixtisaslaşdığını qeyd edən A.Kərimov müasir proqramlarda işləyə bilən ixtisaslı kadrlara ehtiyac olduğunu və bu sahədə birgə fəaliyyət planının hazırlanmasının vacibliyini vurğulayıb.
Görüşdə startap layihələrindən və onların dünya bazarına çıxarılmasının əhəmiyyətindən danışılıb.
Sonra tədbir iştirakçıları ADNSU-nun “eazi START” Startap və İnnovasiya Mərkəzində tələbələrin startap layihələri, eləcə də universitetdə quraşdırılan alternativ enerji mənbələri (günəş enerjisi ilə işləyən panellər) ilə tanış olublar.
Kəmalə Rəhimli