Turizm və Menecment Universitetində “Maliyyə savadlılığı” çərçivəsində maarifləndirici təlimlər yekunlaşıb

Turizm və Menecment Universitetində “Maliyyə savadlılığı” çərçivəsində maarifləndirici təlimlər yekunlaşıb Azərbaycan Turizm və Menecment Universitetində Biznes idarəçiliyi fakültəsi, Mərkəzi Bank və Azərbaycan Bank Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Maliyyə savadlılığı” layihəsi çərçivəsində növbəti maarifləndirici təlimlərə yekun vurulub.
Təlim zamanı Mərkəzi Bankın Maliyyə savadlılığı şöbəsinin əməkdaşı Lamiyə Qaralova “Mərkəzi Bankın elektron resursları”, şöbənin aparıcı mütəxəssisi Pərvin Qəhrəmanova neyromarketinq, Vəkillər Kollegiyasının üzvü Pərviz Hüseynov əmanətlərin sığortalanması, Azərbaycan Bank Tədris Mərkəzinin ekspertləri Ruqiyyə Hacızadə zaminlik, Rauf Ağayev alım ya qalım, Pərviz Quliyev vətəndaşlar üçün sığorta mövzularına mütəxəssis kimi aydınlıq gətiriblər.
Silsilə təlimlərin sonunda Biznes idarəçiliyi fakültəsinin tələbələrinə Mərkəzi Bankın müvafiq şöbəsi tərəfindən sertifikatlar təqdim edilib.

Tehsil-press.az


Oxşar xəbərlər