BDU-da “Quran qiraətləri: Vərş və Həfs rəvayətlərinin müqayisəli təhlili” mövzusunda ustad dərsi

BDU-da “Quran qiraətləri: Vərş və Həfs rəvayətlərinin müqayisəli təhlili” mövzusunda ustad dərsi Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsi və Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Quran qiraətləri: Vərş və Həfs rəvayətlərinin müqayisəli təhlili” mövzusunda onlayn ustad dərsi keçirilib.
Ustad dərsinin məruzəçisi Ərəb filologiyası kafedrasının müdiri dosent Vüqar Qaradağlı üzərində çalışdığı elmi-tədqiqat işindən bəhs edib.
Məruzəçi dünyada ən geniş yayılmış Quran qiraətlərinin (Asimdən edilən Həfs rəvayəti və Nafedən edilən Vərş rəvayəti) fonetik, leksik-qrammatik, qiraət fərqlərinin müqayisəli təhlilini aparıb, ən mübahisəli mövzu olan həmzə samiti ilə bağlı fonetik fərqləri incələyib.
Qeyd edib ki, tədqiqat işi Azərbaycanda az işlənmiş ərəb fonetikasının öyrənilməsində xüsusi əhəmiyyətə malikdir.
Sonda suallar cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər