Tarixi İnstitutu və Qazaxıstanın Şərqşünaslıq İnstitutu arasında memorandum imzalanıb

Tarixi İnstitutu və Qazaxıstanın Şərqşünaslıq İnstitutu arasında memorandum imzalanıb Qazaxıstanın R.B.Süleymenov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini iqtisadiyyat elmləri doktoru, dosent Duysen Qalımjan və baş elmi işçisi iqtisadiyyat elmləri doktoru, dosent Dina Aytjanova Azərbaycan Milli Elmlər Akademiyasının A.A. Bakıxanov adına Tarix İnstitutunda olublar.
Tarix İnstitutunun baş direktoru Kərim Şükürov rəhbərlik etdiyi elmi müəssisə haqqında qonaqlara məlumat verib. Dostluq və işgüzar münasibətləri yüksək qiymətləndirib və qardaş türk ölkəsi Qazaxıstanla elmin inkişafı istiqamətində ikitərəfli əlaqələrin möhkəmlənməsini müsbət dəyərləndirib.
Duysen Qalımjan təmsil etdiyi institut barədə görüş iştirakçılarına məlumat verərək institutlarında 5 elmi tədqiqat şöbəsində 50 elmi işçinin, o cümlədən 12 elmlər doktoru və 25 elmlər namizədinin çalışdığını, son illərdə institutda 300-dən çox monoqrafiyanın nəşr olunduğunu bildirib. O, təmsil etdiyi institut haqqında danışıb.
Dina Aytjanova memorandumun əhəmiyyətini vurğulayaraq bu əməkdaşlığın iki ölkə elminə töhfə verəcəyini bildirib.
Əməkdaşlıq memorandumuna əsasən institutlar birgə elmi-tədqiqat aparacaq, seminar və ixtisaslaşdırılmış kurslar təşkil olunacaq, elmi simpoziumlar, konfranslar keçiriləcək. Eyni zamanda, iki institutun elmi fəaliyyət səviyyəsinin artırılması məqsədilə kadrların qarşılıqlı mübadiləsi nəzərdə tutulur.

Tehsil-press.az


Oxşar xəbərlər