Şagirdlərə Ədəbiyyat İnstitutunun nəşrləri hədiyyə edilib

Şagirdlərə Ədəbiyyat İnstitutunun nəşrləri hədiyyə edilib Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Bakı şəhəri Xəzər rayonu 262 saylı məktəbin “Kiçik Akademiya”sının 8-11-ci sinif şagirdləri ilə görüş keçirilib.
Şagirdlər əvvəlcə institutun şöbələrini gəzərək aparılan elmi tədqiqatlar, çap olunmuş kitablarla yaxından tanış olublar.
Ədəbiyyat İnstitutunun icraçı direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli elmin müasir insan cəmiyyətində əhəmiyyəti, Azərbaycanda elmin təşkilatlanmasında müəssisənin yerinə yetirdiyi əhəmiyyətli funksiya, ədəbiyyatşünaslıq elmi sahəsindəki fəaliyyəti barədə şagirdlərə məlumat verib.
Şagirdlərdən Aydan Əliyeva “Günəş sistemi”, Cansu Heydərova “Lütfi Zadə və qeyri-səlis məntiq nəzəriyyəsi”, Bəyimxanım Hacıyeva “Alternativ enerji mənbələri”, Zeynəb Əliyeva “Humanoid robortlar” mövzularında təqdimat ediblər.
Görüşdə institutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, Gənc Alimlər və Mütəxəssislər Şurasının sədr müavini Orxan İsayev və 262 saylı məktəbin müəllimi Aidə Quliyeva da iştirak ediblər.
Sonda şagirdlərə Ədəbiyyat İnstitutuna aid nəşrlər hədiyyə edilib.

Tehsil-press.az

Oxşar xəbərlər