Mayın 22-dən 24-dək Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində “Malay dilinin beynəlmiləlləşdirilməsi” mövzusunda beynəlxalq simpozium keçirilib.
Simpoziumda malayziyalı mütəxəssislərlə yanaşı İndoneziya, Filippin, Tailand, Bruney-Darüssalam, ABŞ, Suriya, Rusiya, Özbəkistan, Azərbaycan, Sinqapur və başqa ölkələrdən olan çox sayda malay dili üzrə görkəmli mütəxəssislər iştirak ediblər.
Simpoziumu Malayziyanın hökumət başçısı – Baş nazir Dato’Sri İsmail Sabri bin Yakoob açaraq tədbir iştirakçılarını salamlayıb, simpoziumun işinə uğurlar arzulayıb, onun malay dilinin inkişafında mühüm rol oynacağına əmin olduğunu bildirib. Malay xalqının milli kimliyinin göstərici olan dilinin təkcə Malayziyada deyil, həm də ASEAN təşkilatına daxil olan İndoneziya, Bruney-Darüssalam və Sinqapurda, həmçinin qismən Tailandda istifadə edildiyini vurğulayan Baş nazir onun bundan sonra ASEAN ölkələri miqyasında daha geniş istifadəsi, həmin təşkilatın rəsmi dili, eləcə də beynəlxalq dil səviyyəsinə qaldırılması üçün bütün addımların atılacağını bildirib. Baş nazir hökumətin, həm ölkə daxilində, həm də xarici dövlətlərlə bütün rəsmi yazışmaların və rəsmi görüşlərin malay dilində aparılması üçün zəruri tədbirləri davam etdirdiyini qeyd edib, buna nümunə kimi ASEAN təşkilatının xüsusi konfransında ABŞ Prezidenti Co Bayden ilə danışıqları məhz malay dilində apardığını deyib.
Simpoziumda ölkəmizi Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru Həbib Zərbəliyev təmsil edib. Açılış mərasimində dünya malayşünasları arasında və Malayziyanın elmi dairələrində öz sahəsinin görkəmli mütəxəssisi kimi tanınan H.Zərbəliyev Baş nazirə Azərbaycan mədəniyyətinə aid hədiyyəni təqdim edib.
Mayın 23-də professor H.Zərbəliyev tərəfindən təqdim olunan “Azərbaycanda malay dilinin tədrisi qloballaşma kontekstində” mövzusunda məruzə simpozium iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tehsil-press.az