Bakının ev sahibliyi etdiyi “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı uğurla başa çatıb. Festivalın sonuncu günündə də Azərbaycan Milli Elmlər Akademiyası(AMEA) üçün ayrılmış pavilyona ziyarətçi axını qeydə alınıb.
Akademiyanın institut və təşkilatları, eləcə də AMEA-nın Yüksək Texnologiyalar Parkının stendlərində yer alan pilotsuz uçuş aparatları, Azərbaycanda ilk dəfə tətbiq olunan 3D holoqram texnologiyası, robotlar, süni intellekt sistemləri, müxtəlif yağlar, sürtkü materialları və digər innovativ layihələr ziyarətçilərin diqqətini cəlb edib.
Ümumiyyətlə, festival ərzində AMEA pavilyonunu ziyarət edən bir sıra dövlət qurumlarının nümayəndələri, Azərbaycan və Türkiyənin elm və təhsil qurumlarının əməkdaşları ilə səmərəli danışıqlar aparılıb, beynəlxalq əlaqələr üçün yeni üfüqlər açılıb, əməkdaşlıq perspektivləri müəyyənləşdirilib.
Tehsil-press.az