Gənc kimyaçı alim beynəlxalq simpoziumda məruzə edib

Gənc kimyaçı alim beynəlxalq simpoziumda məruzə edib Almaniyanın Marburq Universiteti, “EurJOC” və “ChemBioChem” beynəlxalq kimya elmi cəmiyyətlərinin birgə təşkilatçılığı ilə 15-ci Alman Peptid simpoziumu keçirilib.
“Zoom” platforması üzərindən onlayn keçirilən konfransda dünyanın 20-yə yaxın ölkəsindən aparıcı elm mərkəzlərinin alimlərinin peptidlərin sintezi, onların nanostrukturlarının müasir fiziki-kimyəvi metodlarla tədqiqinə dair məruzələri dinlənilib. Tədbirdə institutun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru, dosent Əfsun Sucayev “Patoloji hallara qarşı daha təsirli bioloji aktiv maddələrin sintezi, kimyəvi modifikasiyası, molekulyar dokinqi, bioloji fəallığının kompüter tədqiqi və tətbiq sahələrinin müəyyənləşdirilməsi” mövzusunda təqdimatla çıxış edib.

Tehsil-press.az



Oxşar xəbərlər