Azərbaycan Texniki Universitetində magistraturaya ixtisas seçimi yekunlaşıb

Azərbaycan Texniki Universitetində magistraturaya ixtisas seçimi yekunlaşıb 2022/2023-cü tədris ili üzrə Azərbaycan Texniki Universitetinin (AzTU) magistratura səviyyəsində təhsil almaq istəyən bakalavrlar üçün ixtisas seçimi başa çatıb.
Ixtisas seçimi magistratura səviyyəsi və “SABAH magistratura” proqramına ümumilikdə 36 ixtisas üzrə keçirilib. Həmçinin MBA proqramına da ixtisas seçimi elan olunub. MBA proqramına qəbul yalnız ödənişli əsaslarla aparılıb.
Magistratura üzrə tədris proqramları universitetin əməkdaşlıq etdiyi Türkiyə və Avropanın qabaqcıl ali təhsil müəssisələrinin tədris proqramlarına uyğunlaşdırılıb.
Universitetdə magistratura səviyyəsində əsasən tədqiqatlara üstünlük verilir ki, bu da tələbələrin gələcək karyeralarına müsbət təsir göstərir.

Tehsil-press.az


Oxşar xəbərlər