Dövlət İmtahan Mərkəzi və “British Council” təşkilatı arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

Dövlət İmtahan Mərkəzi və “British Council” təşkilatı arasında əməkdaşlıq perspektivləri müzakirə edilib Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri Nərgiz Hacıyeva ilə görüşüb.
Görüşdə Direktorlar Şurasının sədri Məleykə Abbaszadə DİM-in “British Council” ilə əməkdaşlığına xüsusi önəm verdiyini söyləyib.
Tərəflər xarici dil, xüsusilə də ingilis dili imtahanlarının beynəlxalq standartlara uyğunlaşdırılması, müəllimlərin peşə hazırlığının dəstəklənməsi, xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul üzrə imtahanların təşkili prosesi, əməkdaşlıq perspektivləri, həmçinin Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5-ci iclasında səsləndirilən məsələləri müzakirə ediblər.
Xatırladaq ki, “British Council” və Dövlət İmtahan Mərkəzi arasında işgüzar əlaqələr 2016-cı il sentyabrın 23-də təhsil və ingilis dili sahəsində əməkdaşlığı təşviq etmək məqsədilə Niyyət Məktubunun imzalanması ilə başlanıb.

Tehsil-press.az


Oxşar xəbərlər