Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) fiziki kimya və kimya mühəndisliyi üzrə magistratura pilləsinin 5 tələbəsi - Fərəh Əsgərxanova, Hafiz Qəhrəmanov, Aytac Adilova, İsmayıl Əlizadə və Aynur Nağızadə magistraturanın 2-ci kursunda təhsillərini Fransanın Strasburq Universitetində davam etdirəcəklər. ADNSU-nun rektoru professor Mustafa Babanlı təhsilini Fransada davam etdirəcək tələbələrlə görüşüb.
Magistrlərlə görüşdə dəyişən və inkişaf edən dünyada hidrogen enerjisi və alternativ enerjiyə artan marağı vurğulayan professor Mustafa Babanlı bütün bunların əsasında kimya elminin mühüm rol oynadığını bildirib. Qeyd edib ki, magistrlərin təhsil alacağı ixtisaslar Azərbaycanda bir ilk olacaq və gələcəkdə bu sahədə yeni imkanlar açacaq.
Rektor tələbələri elmin sirlərini dərindən öyrənməyə səsləyib. Onlara Fransada olduqları müddətdə ictimai-siyasi və mədəni həyatda da aktiv olmağı tövsiyə edib. Vurğulayıb ki, tələbələr xarici ölkədə təhsil almaqla yanaşı, həm də vətənimizin təmsilçiləridir.
Azərbaycan-Fransız Universitetinin İcraçı direktoru Vazeh Əskərov UFAZ-a göstərdiyi dəstəyə və diqqətə görə rektora minnətdarlığını bildirib.
Çıxış edən tələbələr onlara yaradılan bu fürsətdən maksimum faydalanacaqlarını diqqətə çatdırıblar.
Qeyd edək ki, Fransada təhsillərini davam etdirəcək tələbələr magistraturanın 1-ci kursunda yüksək nəticələr əldə ediblər və Strasburq Universitetindəki proqram rəhbərləri tərəfindən seçiliblər. Fərəh Əsgərxanova və Hafiz Qəhrəmanov kimioinformatika üzrə, Aytac Adilova, İsmayıl Əlizadə və Aynur Nağızadə isə fiziki və analitik kimya ixtisasları üzrə təhsillərini davam etdirəcəklər.
Tehsil-press.az