AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli və elmi katib, dosent Əzizağa Nəcəfov Səmərqənd şəhərində keçirilən “Özbəkistanın mədəni sərvəti yeni intibahın təməli kimi” mövzusunda VI beynəlxalq konqresdə iştirak edirlər.
“Özbəkistanın mədəni mirası dünya saxlanclarında” layihəsi çərçivəsində reallaşan və müxtəlif ölkələrdən görkəmli əlyazmaşünas, sənətşünas, kitabşünas və şərqşünasların iştirak etdiyi tədbirdə Azərbaycanda mühafizə edilən özbək əlyazmaları da təqdim olunub.
Akademik Teymur Kərimli Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Pakistan və Monqolustanın məşhur muzey mərkəzlərinin, milli kitabxanalarının və əlyazma institutlarının rəhbərlərinin qatıldığı “Xalqları birləşdirən miras: Mərkəzi Asiya və Azərbaycan” mövzusunda təşkil olunan dəyirmi masada çıxış edib. Alim M.Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan və UNESCO-nun “Dünyanın Yaddaşı” siyahısına salınan Əbu Əli İbn Sinanın məşhur “Əl-qanun fit-tibb” əsərinin II cildinin 1143-cü ildə köçürülmüş Bakı nüsxəsi, Əmir Əlişir Nəvai əsərlərinin ən qədim və nadir əlyazma nümunələri, dünyada yeganə nüsxəsi yalnız qeyd olunan institutda qorunan “Qədərxan lüğəti” barədə məlumat verib, institut tərəfindən çapa hazırlanan və özbək xalqının əlyazma irsini özündə ehtiva edən nəfis nəşrləri beynəlxalq cəmiyyətin üzvlərinə təqdim edib, ölkələrimiz arasında əlyazmaşünaslıq sahəsində mövcud olan və günü-gündən inkişaf edən əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri haqqında fikirlərini bölüşüb.
İnstitutun elmi katibi dosent Əzizağa Nəcəfov “Özbəkistanın mədəni irsi dünya saxlanclarında” layihəsinin nəşr işlər sahəsində əsas perspektivləri” adlı paneldə məruzə edib. “Özbək xalqının əlyazma irsi AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda” mövzusunda məruzə edən Ə.Nəcəfov IX-XIX əsrlərdə yaşamış, özbək, ərəb və fars dillərində qələmə alınan, tibb, farmakologiya, astronomiya, coğrafiya, məntiq, riyaziyyat, poetika, leksikoqrafiya, dinşünaslıq, poeziya və bədii nəsr sahələrinə aid özbək müəlliflərinin əsərlərinin ümumilikdə 216 əlyazma nüsxəsini əhatə edən kataloq haqqında məlumat verib. Daha çox İbn Sina, Əlişir Nəvai, Abülqasim Bəlxi, Hüseyn Vaiz Kaşifi, Zəhirəddin Babur, Əbu Abdullah Məhəmməd Buxari və başqalarının unikallığı ilə seçilən nəfis əlyazma nüsxələri barədə konqres iştirakçılarında ətraflı təəssürat yaradıb.
Beynəlxalq konqres çərçivəsində alimlərimiz dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən əlyazma mərkəzlərinin nümayəndələri ilə görüşlər keçiriblər.
Tehsil-press.az