İyulun 22-də Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşada növbəti dəfə tarixi bir gün yaşandı. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə Şuşada Milli Mətbuat Günü münasibətilə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Beynəlxalq Media Forumu keçirildi. Tədbirə ölkə jurnalistləri, Qarabağımızın - Şuşanın azad olunmasında iştirak edən bir qrup qazimizlə yanaşı, 20-dək ölkədən xarici media nümayəndələri və ekspertləri də qatılmışdı.
Tədbirin iştirakçıları təəssüratlarını bölüşərkən Şuşamızın hər gününün çal-çağırlı olmasından, yalnız diplomatik deyil, ideoloji mərkəzi kimi tanınmasından böyük qürur hissi ilə bəhs etdilər.
Bu fikirlər “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadənin “Şuşada keçirilən Beynəlxalq Media Forumu Azərbaycan mediası üçün tarixi hadisədir” sərlövhəli məqaləsində yer alıb.
Həmin məqaləni təqdim edirik:
Forum iştirakçılarından biri kimi artıq dördüncü dəfə idi ki, Şuşanın qonağı olurdum. İki dəfə “Xarıbülbül” musiqi festivalının, üçüncü dəfə Yeni Azərbaycan Partiyası ilə Türkiyənin Ədalət və İnkişaf Partiyasının birgə təşkilatçılığı ilə Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfransın iştirakçısı olmuşam. İyulun 22-də isə Milli Mətbuatımızın 147-ci ildönümünün Azərbaycanın mədəniyyət beşiyi Şuşada qeyd edilməsinin iştirakçısı olmaqdan şərəf duydum. Hər bir səfərin, tədbirin özünəməxsus yeri, özəlliyi, qəlbimizdə yaratdığı hissləri var.
Tədbirin əhəmiyyətindən, özündə ehtiva etdiyi çağırışlardan bəhs etmədən öncə azad Qarabağımızın, azad Şuşamızın yenidən qurulmasından, bərpasından, cənnətməkana çevrilməsindən keçirdiyim sevinc hissini paylaşmaq istərdim. Şuşaya yolumuzu Füzuli Beynəlxalq Hava Limanından saldıq. Bakıdan Füzuli Beynəlxalq Hava Limanına edilən uçuşda bir fərqli mənzərə yaşadıq. 30 ildən sonra düşmən tapdağından azad olunan torpaqlarımızda geniş vüsət alan quruculuq işləri, bu torpaqlara təyyarə ilə qısa zamanda qovuşmağımız hər birimizdə fərəh hissi yaratdı. Bu xoş günləri bizlərə yaşadan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycanın rəşadətli Ordusuna minnətdarlığımızı bildirir, tarixi Zəfərimizin qəhrəmanları olan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik. 30 ildən sonra yeni həyat yaşayan, tarixi sahibinə qovuşmaqdan qürurlu olan torpaqlarımızda geniş vüsət alan bərpa və quruculuq işləri nəinki bizləri, eyni zamanda, xarici qonaqları heyrətləndirir, Azərbaycan xalqının nə qədər yaradıcı, qurucu xalq olduğunu bütün dünyaya göstərir.
Bərpa-quruculuq işlərinə start veriləndə Prezident İlham Əliyev ilk olaraq infrastruktur layihələrinin icrasına xüsusi diqqət yönəltdi. Avtomobil yolları yenidən bərpa olunur. Həmçinin azadlığına qovuşmuş bu torpaqlarımızda üç beynəlxalq hava limaninin tikintisinin nəzərdə tutulması da bu ərazilərimizin inkişafına, turizm imkanlarından səmərəli istifadəyə hədəflənmiş addımlar sırasından idi. Ötən il Füzuli Beynəlxalq Hava Limanı Azərbaycan Prezidenti İlham Əliyev və qardaş ölkə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə istifadəyə verildi. Cari ildə Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi nəzərdə tutulur. Laçın Beynəlxalq Hava Limanının isə 2024-cü ildə istifadəyə verilməsi planlaşdırılır. İşğaldan azad edilmiş ərazilərimizin müasir tələblər səviyyəsində qurulmasını qarşıya mühüm vəzifə kimi qoyan dövlətimizin başçısı İlham Əliyevin bu ərazilərdə beynəlxalq hava limanlarinin tikintisinə xüsusi önəm verməsi də səbəbsiz deyildi. Qarabağlı və şərqi zəngəzurlu Azərbaycan tezliklə böyük nəqliyyat qovşağı və turizm mərkəzinə çevriləcək. Təyyarənin Füzuli Beynəlxalq Hava Limanına enməsini səbirsizliklə gözləyirdik. Çünki tarixi sahibinə qovuşmuş torpaqlarımızın qonaqlarını hansı ruhda qarşıladığını görmək hər birimizdə sevinc hissi yaradır. Dövlətimizin başçısının bütün çıxışlarında qeyd etdiyi kimi, Qarabağın tacı Şuşa 28 il əsarətdə qalsa da əyilmədi. Sınmadı, öz qürurunu, milli kimliyini qorudu.
Şuşa tarixi sahiblərinə qovuşacağını bilirdi və həmin an 2020-ci ildə gəlib çatdı. Hər səfər zamanı tamamilə geniş formatda görülən işlərin şahidi oluruq. Füzulidən Şuşaya Zəfər yolu ilə getdik. O da məlumdur ki, Prezident İlham Əliyev ilk dəfə Füzuliyə səfər edərkən Əhmədbəyli-Füzuli-Şuşa yolunun, Zəfər yolunun bərpası ilə bağlı göstəriş verdi. Ötən il Zəfər yolu da qısa zamanda bərpa edilərək istifadəyə verildi. Bu yolun da rəmzi mənası vardır. Belə ki, bu yol ordumuzu, torpaqlarımızın işğaldan azad edilməsi üçün canından keçən, silaha sarılan Vətən oğullarını Şuşaya apardı. O yol ki, Şuşa dastanının yazılmasına şahidlik etdi. Hansı ki, bu yol keçilməz bir halda idi. Amma Vətən oğullarımız Şuşa dastanını yazmaq üçün yolun keçilməzliyinin fərqində belə olmadılar. Bu gün isə həmin yol qısa zamanda yüzlərlə Azərbaycan vətəndaşını, xarici qonaqları Şuşa ilə qovuşdurur. Zəfər yolunun tikintisinin qısa vaxtda həyata keçirilməsi Azərbaycan xalqının qazandığı parlaq Qələbənin simvoludur. Ali mühəndislik düşüncəsinin, yüksək texnoloji imkanların istifadə olunduğu bu layihə ilin bütün fəsillərində çətin relyef şəraitində, keçilməz dağ yolları yarılaraq həyata keçirilib. Belə bir qısa vaxtda icra olunan və dünyada analoqu olmayan layihə Azərbaycan dövlətinin gücünü, onun malik olduğu potensialı və ən əsası Prezident İlham Əliyevin qətiyyətini bütün dünyaya göstərdi. Şanlı Ordumuzun ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən “Zəfər yolu” adlandırılan avtomobil yolunun inşası dövlətimizin başçısının daimi nəzarəti altında icra edildi.
Qeyd etdiyimiz kimi, dünyanın 20-yə yaxın ölkəsinin media nümayəndələrini, ekspertlərini, o cümlədən Azərbaycan jurnalistlərini Şuşaya qovuşduran Zəfər yolu sanki hər gün Şuşanı qonaqları ilə qovuşdurmasından qürur hissi keçirir.
Nəhayət, iştirakçıların səbirsizliklə gözlədiyi an gəlib çatdı. Şuşa əvvəldə də qeyd etdiyimiz kimi, yalnız diplomatik deyil, ideologiya mərkəzi olduğunu dünyaya nümayiş etdirdi. İctimai fikrə təsir imkanları böyük olan mətbuatı düşündürən məsələlərin, qarşıda dayanan vəzifələrin Şuşada müzakirə olunması böyük tarixi hadisədir. Forum Azərbaycanın Dövlət Himninin səsləndirilməsindən, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra öz işinə başladı.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dövlətimizin başçısının media nümayəndələrinə 22 İyul - Milli Mətbuat Günü münasibətilə müraciətini oxudu. Müraciətdə də bu məqam xüsusi qeyd edilir ki, müstəqillik dövrümüzdə ilk dəfə Azərbaycan jurnalistləri Ermənistanın 30 ilə yaxın davam edən işğalından sonra öz peşə bayramlarını ölkəmizin mədəniyyət paytaxtı, milli mətbuatımızın inkişafında xüsusi yeri olan, Qarabağın tacı Şuşa şəhərində qeyd edirlər. Milli Mətbuat Günü ilə bağlı Şuşada keçirilən ilk tədbir zəngin ənənələrə malik Azərbaycan mediasının tarixində əlamətdar hadisə olacaq. Prezident İlham Əliyev hazırkı dövrdə mətbuatın qarşısında dayanan çağırışları diqqətə çatdırdı: “Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar. Əminəm ki, Azərbaycan jurnalistikası əldə olunmuş uğurların inkişaf etdirilməsi, cəmiyyətimizin davamlı tərəqqisi və xalqımızın xoşbəxt gələcəyi üçün bundan sonra da öz səylərini əsirgəməyəcək”.
Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov, ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media Proqramının direktoru Şəfəq Mehrəliyeva çıxış edərək müasir mətbuatın qarşısında dayanan vəzifələrdən və çağırışlardan bəhs etdilər.
Beynəlxalq media forumu işini “Yeni media jurnalistikasına keçid: Konvergensiya və yeni imkanlar”, “Media etikası: Rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı”, “Azərbaycan mətbuatında Şuşa izi” və “Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri” mövzusunda panel iclaslarda davam etdirdi. Hər bir mövzu qarşıya qoyulan vəzifələrin təqdimatı, eyni zamanda, səylərin birləşdirilməsinə, təcrübə mübadiləsinə bir çağırışdır.
Dünyanın 20-yə yaxın ölkəsinin media nümayəndəsinin, ekspertlərinin qatıldığı tədbirin əhəmiyyətini geniş şərh etməyə ehtiyac duymuruq. Belə ki, Forumun keçirilməsi üçün seçilən məkan, eyni zamanda, müzakirə üçün mövzu özlüyündə bütün məqamlara işıq salır. Forumda bu inam ifadə edildi ki, bu gün Şuşada təşkil olunan tədbir gələcəkdə belə beynəlxalq tədbirlərin keçirilməsi üçün möhkəm zəmin yaradacaq. İnformasiyanın yaradılması, ötürülməsi, cəmiyyətə çatdırılması üzrə texnologiyaların sürətlə dəyişdiyi bir dövrdə yaşayırıq. Bu səbəbdən media sahəsi üzrə peşəkarlar arasında daimi qarşılıqlı təcrübə mübadiləsi aparılması zəruridir.
Beynəlxalq Media Forumunun iştirakçılarının Şuşanın görməli yerləri ilə tanış olmalarının özü Azərbaycanın tarixi Zəfərimizin reallıqları fonunda apardığı təbliğat kampaniyasının əsas tərkib hissəsi idi. Belə ki, qonaqlar əvvəlcə Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin qoyulduğu Şuşa şəhər mərkəzi meydanında oldular. Bu fakt xarici qonaqların diqqətinə çatdırıldı ki, işğal zamanı ermənilər heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Lakin ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər əvvəlki yerlərinə qaytarılıb.
Şuşa qala divarlarını ziyarət edən xarici qonaqlar Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat əldə etdilər. Şuşada, Cıdır düzündə olmağın özü tarixi Zəfərimizin reallıqlarının təbliğinə böyük töhfədir. İllərdir Şuşanı erməniləşdirməyə çalışan Ermənistan isə anlamalıdır ki, yalanın ədalət üzərində qələbəsi mümkünsüzdür.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın bu il şahidlik etdiyi Dünya Azərbaycanlılarının Zəfər Qurultayının sonunda səsləndirdiyi bu fikirləri yada salmaq istərdik: “…Ancaq bu gün vəziyyət tam başqadır. Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir. Və həmişə belə olacaq, mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz. Yaşasın Şuşa! Yaşasın Qarabağ! Hamımız birlikdə: Qarabağ Azərbaycandır!”.
Şuşa Beynəlxalq Media Forumu tariximizə daha bir parlaq səhifəni yazdı. Artıq geriyə-Bakıya dönüş zamanı idi. Yenə də Zəfər yolunun bələdçiliyi ilə Füzuli Beynəlxalq Hava Limanına qayıtdıq. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşaya səfəri zamanı daim səsləndirdiyi “Biz artıq Şuşadan ayrılırıq, ancaq yenə də ayrılmaq istəmirik. Şuşa insanı özünə o qədər cəlb edir ki, buraya gələnlər qayıtmaq, getmək istəmirlər. Ancaq indi biz Bakıya qayıtmalıyıq… Şuşaya hələlik deyirik” fikirləri azad Şuşamıza səfər edən hər bir Forum iştirakçısının ürəyindən keçən, dilindən səslənən fikirlər oldu. Hələ Şuşamız bundan sonra daha çox beynəlxalq tədbirlərə ev sahibliyi edəcək, Azərbaycanın milli kimliyinin təqdimatına öz töhfələrini verəcək. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz səninləyik!
Tehsil-press.az