Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.Baş planda nəzərdə tutulan illər üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər ayrılıb. Bundan əlavə, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarının nəzərə alınması ilə məskunlaşmanın aparılması prinsipi əsas götürülüb.
Memar Aysel Hüseynova bildirib ki, yenidən qurma işlərində tək yerli insanların yaşaması deyil, həm də mədəni, ekoloji turizm üçün kurort zonaları hazırlanmalıdır. Təklif olaraq, Qarabağın bölgələrindən birində tələbə şəhərciyi yaradıla bilər. Universitetleri ora köçürmək həm Bakıda tıxacları, həm insan sıxlığını azaldar, həm də o ərazilər də təhsil ocağına dönmüş olar:
"İşğaldan azad olunan ərazilərdə yenidənqurma başlanılıb. Məhv olmuş tarixi abidələr siyahıya alınır və onun tam bərpası layihəsi işlənilir. Yenidənqurma işlərində əsasən smart sistemdən istifadə olunur. Tarixi abidələrdən söhbət gedirsə, bərpası üzərində ideal işlənməlidir. Gələcəyimizi qurarkən keçmişimizi unutmamalıq. Tarixi abidənin üzərindəki detallar araşdırılaraq, düzgün seçilərək həll edilməlidir. Tək insanların yaşaması üçün deyil, mədəni turizm üçün kurort zonaları hazırlanmalıdır. Bu ərazilərdə turistlərin cəlb edilməsi üçün hər cür şərait var. Düşünürəm ki, Qarabağın bölgələrindən biri tələbə şəhərciyi olmalıdır. Universitetleri ora köçürmək həm Bakıda tıxaclar, həm insan sıxlığını azaldar, həm o ərazilər də təhsil ocağına dönər. Necə ki, xarici ölkələrdə belə şəhərciklər var, Qarabağda da yaratmaq olar. Bu, Qarabağın bölgədə postunu da qaldıra bilər. Mən Milli Elmlər Akademiyasının doktorantı olduğuma görə elm-tədris mənimçün çox önəmlidir. Bu ideya həmişə ağlımda olub. Elmi konfranslar təşkil edilməsi üçün "Alimlər şəhərciyi" qurulması üçün həmişə Naxçıvan və Ordubadı nəzərdə tuturdum. Amma Şuşadan da bu aspektdə istifadə etmək olar. Burada tarixi abidələri tam bərpa edərək, yeni funksiya verərək istifadə etmək olar. Bu cür həll olunduğu halda Bakının da yükü azalmış olar. Bir zona tələbələr üçün, bir zona mədəni turizm, bir zona kurort üçün ayrıla bilər".
Tehsil-press.az