BDU ilə Qazaxıstanın Jetısu Dövlət Universiteti arasında əlaqələrin inkişafına dair müzakirələr aparılıb

BDU ilə Qazaxıstanın Jetısu Dövlət Universiteti arasında əlaqələrin inkişafına dair müzakirələr aparılıb Qazaxıstanın İlyas Jansuqurov adına Jetısu Dövlət Universitetinin prorektoru Tokseit Dias Esbayuli Bakı Dövlət Universitetində (BDU) olub.
Görüşdə BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov son illər ölkəmizdə təhsilin və elmin inkişafından, o cümlədən BDU-nun fəaliyyəti və beynəlxalq əlaqələrindən, türkdilli ölkələrin universitetləri ilə əməkdaşlıqdan bəhs edib.
Tokseit Dias Esbayuli ölkələrimiz arasında siyasi, iqtisadi, təhsil, mədəniyyət və digər sahələrdə əlaqələrin inkişaf etdiyini söyləyib. Eyni zamanda, təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, elm, təhsil və innovativ texnologiyalar sahələrində qarşılıqlı əlaqələrin genişləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
Sonra BDU ilə Jetısu Dövlət Universiteti arasında elm, təhsil əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Türk dünyası universitetlərinin əməkdaşlığının genişləndirilməsi, perspektivləri müzakirə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər