Salman Rüşdi Nyu-Yorkda bıçaqlandı - Video

Salman Rüşdi Nyu-Yorkda bıçaqlandı - Video Hind əsilli məşhur britaniyalı yazıçı Salman Rüşdi Nyu-Yorkda bıçaqlı hücuma məruz qalıb.
Şübhəli şəxs səhnəyə qaçaraq Rüşdi və ondan müsahibə götürən müxbirə hücum edib. Şübhəlinin ona 10-15 bıçaq zərbəsi endirdiyi deyilir.
“Rüşdi boyun nahiyəsindən bıçaqlanıb və helikopterlə yerli xəstəxanaya aparılıb. Onun vəziyyəti haqda hələlik məlumat verilməyib”, - ştat polisi bildirib.
Müxbirin yüngül kəllə-beyin travması aldığı bildirilir.
Qeyd edək ki, hücum edən şəxs saxlanılıb.



Tehsil-press.az



Oxşar xəbərlər