ADNSU-nun rektoru beynəlxalq konfransda plenar çıxışlar edib

ADNSU-nun rektoru beynəlxalq konfransda plenar çıxışlar edib Monteneqronun Budva şəhərində qeyri-səlis sistemlər, soft kompütinq və süni intellektin tətbiqləri üzrə 15-ci beynəlxalq konfrans keçirilib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) təşkilatçılığı ilə keçirilən tədbir professor Lütfi Zadənin xatirəsinə həsr olunub.
Elmi konfransda həmsədr, ADNSU-nun rektoru professor Mustafa Babanlı “Z-əsaslı informasiya şəraitində material seçimi üçün çoxatributlu qərar qəbuletmə”, eləcə də “Z-lab proqram paketi” mövzuları üzrə plenar çıxışlar edib.
Beynəlxalq tədbirə Azərbaycan, Türkiyə, ABŞ, Kanada, Rusiya, Polşa, İspaniya, İtaliya, Liviya, Şri-Lanka, İran, Özbəkistan, Qazaxıstan və dünyanın digər ölkələrindən 120-yə yaxın məqalə və tezislər təqdim olunub.

Tehsil-press.az


Oxşar xəbərlər