Xəzər Universitetində İsveç Kənd Təsərrüfatı Elmləri Universitetinin (Swedish University of Agricultural Sciences) tədqiqatçıları ilə bir sıra görüşlər keçirilib.
Görüşdə Xəzər Universitetinin Həyat elmləri qrupunun tədqiqatçıları Azərbaycandakı mövcud vəziyyət haqqında topladıqları məlumatı təqdim ediblər.
İsveç Kənd Təsərrüfatı Elmləri Universitetinin Tədqiqat fakültəsinin koordinatoru dosent Qalia Zamaratskaia universitetin departamentləri və digər təşkilatları, layihənin mahiyyəti və əsas hədəfləri haqqında məlumat verib.
Dosent Ayaz Məmmədov layihə çərçivəsində Həyat elmləri departamentinin əməkdaşları tərəfindən Azərbaycanın müxtəlif regionlarında heyvanların rifahı haqqında fermerlərlə keçirilmiş sorğuların nəticələrini təqdim edib.
Qeyd edək ki, Xəzər Universiteti “Baltik dənizi regionunda akademik əməkdaşlıq” (Academic collaboration in the Baltic Sea region) üzrə sosial innovasiya (SI) proqramı tərəfindən maliyyələşdirilən “Dayanıqlı istehsal və istehlak üçün xoşbəxt heyvanlar” (Happy Anımals for Sustainable Production and Consumption) layihəsinin tərəfdaşlarından biridir. Layihə İsveç Kənd Təsərrüfatı Elmləri Universiteti tərəfindən qazanılıb. Tərəfdaş təşkilatlar Baltik regionu ölkələrindən (Latviya, Litva və Estoniya), həmçinin Ukrayna və Azərbaycandandır.
Layihəyə rəsmi olaraq ötən il sentyabrın 21-də start verilib. İlk görüş 2021-ci ilin oktyabrında onlayn keçirilib. Növbəti görüşün bu il sentyabrın sonunda İsveç Kənd Təsərrüfatı Elmləri Universitetində keçirilməsi planlaşdırılır.
Tehsil-press.az