BDU-nun rektoru Ankara Universitetinin texnoparkında elmi-tədqiqat işləri ilə tanış olub

BDU-nun rektoru Ankara Universitetinin texnoparkında elmi-tədqiqat işləri ilə tanış olub Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Ankara Universitetinin Gölbaşıda yerləşən texnoparkında olub.
Nümayəndə heyəti texnoparkda yerləşən şirkətləri ziyarət edib, onların nümayəndələri ilə danışıqlar aparıb, həyata keçirilən layihə və araşdırmalarla tanış olub.
Elmi əlaqələrinin genişləndirilməsi və beynəlxalq təcrübə ilə tanış olmaq məqsədilə gerçəkləşən görüş çərçivəsində Türkiyə universitetlərinin elmi tədqiqatlarının istehsalata tətbiqi istiqamətində əldə etdiyi nailiyyətlər öyrənilib. Ankara Universitetinin müvafiq sahədə əldə etdiyi təcrübədən Bakı Dövlət Universitetində bəhrələnmək, BDU-nun texnoparkının qurulmasında mövcud təcrübədən yararlanmaq üçün şirkətlərin fəaliyyəti ilə tanışlıq olub. Texnopark rəhbərliyi araşdırma mərkəzləri, icra olunan layihələr, icraçı şirkətlər haqqında geniş məlumat verib. Müxtəlif innovativ layihələr nümayiş etdirilib. Tədqiqatlar və əməkdaşlıq perspektivləri müzakirə olunub.
Ankara Universitetinin Gölbaşı texnoparkı 2009-cu ildən fəaliyyət göstərir. Parkda 140 ofis fəaliyyət göstərir.

Tehsil-press.az



Oxşar xəbərlər