Kanadada 10 insanın qətlində şübhəli bilinənlərdən birinin cəsədi tapıldı

Kanadada 10 insanın qətlində şübhəli bilinənlərdən birinin cəsədi tapıldı Hüquq-mühafizə orqanları Kanadanın Saskaçevan vilayətində 10 nəfəri bıçaqlayaraq öldürən iki şübhəli cinayətkardan birinin meyitini tapıblar.
Bu barədə "CTV" televiziya kanalı Milli Polis komissarının köməkçisi Ronda Blekmora istinadən bildirib.
R.Blekmor deyib ki, 31 yaşlı Damyen Sandersonun cəsədi Kanadadakı "hündür otlar arasında" Ceyms-Smit-Kri-Neyşn adlı Kanadanın yerli sakinlərinin məskun yerində tapılıb.
İkinci şübhəli şəxs ölən cinayətkarın 30 yaşlı qardaşı Mayls Sandersonun axtarışı hələ də davam edir.

Tehsil-press.az


Oxşar xəbərlər