Təhsil İnstitutunda doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən imtahan veriblər

Təhsil İnstitutunda doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən imtahan veriblər Sentyabrın 12-də Təhsil İnstitutunda doktoranturaya qəbul imtahanlarının sonuncu mərhələsi olan ixtisas fənnindən imtahanlar keçirilib.
İmtahanlarda xarici dil və fəlsəfə fənlərindən yüksək qiymət alan 17 iddiaçı bu mərhələdə iştirak hüququ qazanıb. Onlardan 10 nəfər müvafiq olaraq ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi, təlim və tərbiyənin nəzəriyyəsi və metodikası ixtisaslarından qəbul imtahanı veriblər.
Qəbul imtahanlarını keçirmək üçün institutun direktoru kimya üzrə fəlsəfə doktoru Rüfət Əzizovun sədrliyi ilə komissiya yaradılıb.
Qeyd edək ki, təhsilin təşkili və planlaşdırılması və pedaqoji psixologiya ixtisaslarından qəbul imtahanı isə növbəti günlərdə keçiriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər