Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi şurasının iclası keçirilib.
Universitetin rektoru professor Cəfər Cəfərov iclasda bildirib ki, bu il ilk dəfə olaraq 2470 nəfərlik qəbul planı 100 faiz dolub, müəllimlik ixtisasının ümumi nüfuzu xeyli yüksəlib. Son 6 ildə universitetin qəbul planı 2200 nəfərdən 2470-ə yüksəlməklə yanaşı, qəbul planının tam dolması da artan keyfiyyətin göstəricidir.
Professor C.Cəfərov Nazirlər Kabinetinin qərarı ilə ADPU-nun artıq publik hüquqi şəxs kimi fəaliyyət göstərəcəyini və bununla bağlı zəruri addımlar atıldığını bildirib.
Tədris işləri üzrə prorektor dosent Eldar Aslanov ADPU-nun 2022/2023-cü tədris ilinə hazırlığın vəziyyəti haqqında məruzə ilə çıxış edib. O bildirib ki, ali təhsil müəssisəsində kəmiyyət və keyfiyyət artımının təmini istiqamətində görülən ardıcıl tədbirlər nəticəsində həm universitetə qəbulda, həm də məzunların məşğulluğunun təmin edilməsi sahəsində real müsbət dinamika müşahidə olunur.
Prorektor bildirib ki, cari ildə universitetdən məzun olan təxminən 1969 nəfərin 71 faizinin məşğulluğu təmin olunub. Xatırladaq ki, ötən il bu göstərici 63 faiz təşkil edirdi. Onların bir qismi müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə dövlət ümumtəhsil məktəblərində, bir qismi özəl təhsil müəssisələrində, digər qismi isə qeyri-pedaqoji dövlət və özəl təşkilatlarda fəaliyyət göstərir, habelə məzunlardan 390 nəfər (20 faizi) magistratura səviyyəsində ölkəmizdə və xaricdə (52 nəfəri) təhsillərini davam etdirirlər. Onlar Türkiyə, ABŞ, İtaliya, Almaniya, Cənubi Koreya, İsrail kimi ölkələrdə təhsil alırlar.
Dosent E.Aslanov bildirib ki, cari ildə həm də Pedaqoji Kollecin 11 illik bazada qəbul planı 100 faiz, magistratura səviyyəsində təxminən 399 nəfərlik plan yeri 93 faiz dolub. Bu il universitetə qəbul olunan tələbələrin 70 faizi dövlət hesabına təhsil alacaq.
Məruzədə qeyd olunub ki, ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələrinə görə ölkə üzrə təhsil ixtisaslarına ayrılan 10 min 298 plan yerinin 25 faizi Pedaqoji Universitetin payına düşür və ADPU payı daha da artırmaq istiqamətində uğurlu fəaliyyət göstərir.
ADPU-da təlim mühitinin və əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılmasından danışan prorektor deyib ki, son 6 il ərzində professor-müəllim heyətinin əməkhaqqında təxminən 34-43 faiz arası artım olub. Hazırda əməkhaqqının mütəmadi artırılması, həmçinin maddi-texniki təchizatın yaxşılaşdırılması üçün tədbirlər davam etdirilir. Cari tədris ilindən etibarən auditoriyalarda yeni ağıllı lövhələrin quraşdırılmasına başlanılıb.
Yekunda E.Aslanov qeyd edib ki, ADPU-da institusional və proqram akkreditasiyası, universitetin 2030-cu ilədək olan strateji planının təsdiqi kimi mühüm vəzifələrin icrası üzərində iş aparılır.
Sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev çıxışında ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı ADPU-da Təşkilat Komitəsinin yaradılması haqqında məlumat verib.
Daha sonra rektorun müşaviri Ümid Mehdiyev ADPU-nun 2022/2023-cü tədris ili üçün strukturunun və ştat vahidlərinin təsdiq edilməsi haqqında məruzə ilə çıxış edib. Məruzədə universitetdə aparılan struktur optimallaşdırmalar haqqında məlumat verilib.
Elmi şuranın iclası cari məsələlərin müzakirəsi ilə davam edib.
Tehsil-press.az