Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi şurasının növbəti onlayn iclası keçirilib.
İclasda ADPU-nun rektoru, Elmi şuranın sədri, professor Cəfər Cəfərov ötən dövr ərzində pandemiya şəraitində tədrisin təşkili və tələbələrin ictimai-sosial aktivliyi, inzibati idarəetmə, Vətən müharibəsində şəhid və qazi olan ADPU-nun tələbə və məzunları və onlarla bağlı görülən işlər barədə ətraflı məlumat verib. Rektor ADPU-nun “2018-2021-ci illər üçün inkişaf strategiyası" çərçivəsində icra edilən, eləcə də görüləcək işlər haqqında məlumat verib, universitetin maddi-texniki resurslarının səmərəli istifadəsi məsələlərinə toxunub.
Müəllim peşəsinin nüfuzunun artırılması yönündə aparılan sistemli dövlət siyasəti nəticəsində bu sahədə ADPU-nun da böyük irəliləyişlər əldə etdiyini vurğulayan professor C.Cəfərov hazırda universitet tələbələrinin təxminən 70 faizinin təqaüd aldığını bildirib, optimallaşdırmaların davam etdirilməsinin önəmini vurğulayıb.
Universitetdə yeni tədris metod və texnologiyalarının tətbiq olunduğu eksperimental qrupların faydaları, elektron kitabxananın yenilənmiş və daha funksional variantı üzərində iş, o cümlədən beynəlxalq əməkdaşlığın əhatə dairəsinin artırılması məsələləri də rektorun çıxışında xüsusilə qeyd olunub.
Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov uğurla yekunlaşan onlayn qış imtahan sessiyası haqqında statistik təhlilləri diqqətə çatdırıb. Qeyd edilib ki, ADPU-da cari tədris ilində qış imtahan sessiyasına buraxılan bakalavr və magistrantların sayı ümumilikdə 13759 nəfər olub. Onlardan 10200-ü Bakı şəhərindəki kampuslarda, 3559 nəfəri bölgələrdəki filiallarda təhsil alanlardır. İmtahan qərargahına elektron qaydada 145 müraciət daxil olub, hər bir müraciət araşdırılaraq müvafiq qərarlar qəbul edilib. Qış imtahan sessiyası ilə bağlı tələbələrlə aparılan onlayn sorğuda 614 tələbə iştirak edib.
Eldar Aslanov yaz semestrində qarşıda duran vəzifələr və imtahan sessiyasına hazırlıqla bağlı məlumat da verib. Bildirib ki, hazırda universitetin 4488 tələbəsi onlayn qaydada təcrübəyə cəlb edilib. Orta ümumtəhsil məktəblərində karantin rejiminin tələblərinə uyğun olaraq əyani təcrübənin təşkili hələ ki mümkün deyil, lakin təcrübəçi tələbələr üçün onlayn qaydada bütün şərait yaradılır.
E.Aslanov universitetin məzunlarının əmək bazarında məşğulluq nisbəti haqqında hesabatı təqdim edərək ümumi statistik mənzərəni diqqətə çatdırıb. Belə ki, ADPU-dan 2019/2020-ci tədris ilində Bakı kampusları üzrə 2099 nəfər bakalavriat səviyyəsindən məzun olub ki, onların 14 faizi magistraturaya qəbul olunub, 7,1 faizi həqiqi hərbi xidmətə yollanıb, 61,7 faizi (1650 nəfər) isə əmək bazarına çıxıb. Əmək bazarına çıxan məzunların 41 faizi (677 nəfər) müəllimlərin işə qəbulu imtahanlarında iştirak edib, onların 51,2 faizi 50-60 bal arasında nəticə göstərib, 64 faizi ixtisası üzrə işə qəbul olunub. Digər məzunların əksəriyyəti dövlət və özəl sektorda fəaliyyətə başlayıb. Məzunlardan 52 nəfəri Vətən müharibəsi iştirakçısıdır. Ümumilikdə əmək bazarında çıxan məzunların 51,5 faizi (851 nəfər) hazırda işləyir. ADPU-nun filialları üzrə bakalavriat səviyyəsindən ümumilikdə 674 nəfər məzun olub ki, onlardan 3,5 faizi magistraturaya qəbul olunub. ADPU-nun magistraturasından 294 nəfər məzun olub ki, onlardan 144 nəfəri (49 faiz) müxtəlif sahələrdə işləyir. Ötən tədris ilində Azərbaycan Dövlət Pedaqoji Kollecinin 581 məzunundan 236-sı (43,4 faiz) işləyir.
Ümumi işlər üzrə prorektor Tural Cəlilov qış imtahan sessiyasında Apelyasiya Komissiyasının haqqında ətraflı məlumat verib. Qeyd edib ki, ümumilikdə 391 tələbə apelyasiya müraciəti edib. Onların 336-nın müraciətlərinə öz iştirakları ilə onlayn qaydada baxılıb, nəticələr protokollaşdırılıb. Tələbələr nəticələrdən razı qalıblar. Apelyasiya baxışlarının videoyazısı arxiv materialı kimi saxlanılıb. 55 nəfər tələbə apelyasiya baxışından əvvəl ərizəsini geri götürüb.
Sonra şuranın gündəliyindəki cari məsələlərə baxılıb. Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov elmi və tədqiqat işlərinin yazılmasının yeni qaydaları haqda ətraflı məlumat verərək yeniliklərin universitetdə aparılan elmi tədqiqatların daha da inkişaf etdirilməsi və praktikliyinə əsas verəcəyini vurğulayıb.
Elmi şuranın iclası ümumi məsələlər ətrafında müzakirələrlə davam etdirilib, perspektiv təkliflər dinlənilib.
Tehsil-press.az