Çinin Dunhuanq Akademiyasının təşkilatçılığı ilə Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri, Çin İctimai Elmlər Akademiyasının dəvətli alimi, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev “İpək yolu üzərində Azərbaycan ədəbiyyatı və “Kəmər və yol” çərçivəsində Çin-Azərbaycan ədəbi əlaqələri” mövzusunda seminar keçirib.
300-dən çox dinləyicinin qatıldığı və iki saatdan çox davam edən onlayn seminarda ilk növbədə İpək yolu ailəsinin üzvü olan Azərbaycan ədəbiyyatının şanlı tarixindən söz açılıb. A.Əliyev faktlarla qeyd edib ki, İpək yolu təkcə ticarət əlaqələri üçün deyil, ölkələr və xalqlar arasında mədəni əlaqələrin yaranması üçün mühüm rol oynayıb. Bu xüsusda Azərbaycan-Çin ədəbi əlaqələri yazıçı-şairlərimizin əsərlərində özünü açıq şəkildə büruzə verir. Buna misal olaraq, Azərbaycan yazıçılarının əsərlərində rast gəlinən çoxlu sayda Çin motivlərini göstərmək olar. Bütün bunlar iki xalqın çox qədimdən dostluq ənənələrinə malik olduğunu sübut edir.
A.Əliyev bildirib ki, “Kəmər və yol” təşəbbüsü irəli sürüldükdən sonra iki ölkə arasında bütün sahələrdə olduğu kimi, ədəbi əlaqələr də yeni mərhələyə qədəm qoyub. Qədim İpək yolu ənənələrinin davamı olaraq, iki xalqın ədəbiyyatının bir-birini yaxından tanıması yönündə effektiv layihələr həyata keçirilir, uzunmüddətli planlar əsasında bu iş uğurla davam etdirilir. İki dövlət arasında klassik əsərlərin qarşılıqlı tərcüməsi və nəşri ilə bağlı imzalanmış sənədlər bu baxımdan mühüm əhəmiyyətə malikdir. Çində azərbaycandilli kadrların, eləcə də Azərbaycanda çindilli kadrların yetişməsi gələcəkdə ədəbi əlaqələrin inkişafına təkan verən amillər sırasındadır.
Sonda alim iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
Qeyd edək ki, 1944-cü ildə yaradılan Dunhuanq Akademiyası qədim İpək yolunun əsas qovşaqlarından olan tarixi Dunhuanq şəhərində yerləşir. Akademiya UNESCO-nun dünya mədəni irsi siyahısına daxil olan qədim Moqao mağaralarının və İpək yolunun tədqiqi ilə məşğul olmaq məqsədilə yaradılıb. 1500-dən çox tədqiqatçını özündə birləşdirən akademiya tarixi abidələrin mühafizəsi və bərpası, eləcə də qədim əlyazmaların tədqiqi yönündə apardığı tədqiqatlarla da tanınır. Aqşin Əliyev Dunhuanq Akademiyasının elmi layihələrində yaxından iştirak edir və İpək yolu üzərində Azərbaycan-Çin əlaqələri ilə bağlı araşdırmalar aparır.
Tehsil-press.az