Elnur Eltürk: “Vikipediya”nın özbək dili bölməsində Qarabağın tarixi ilə bağlı ciddi işlər aparılır

Elnur Eltürk: “Vikipediya”nın özbək dili bölməsində Qarabağın tarixi ilə bağlı ciddi işlər aparılır Son bir neçə ildə “Vikipediya”nın özbək dili bölməsində Azərbaycanın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri ilə bağlı səmərəli işlər görülür.
Bunu Türk Ağsaqqalları Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk deyib.
“Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “viki” könüllülərinin fəaliyyətini təqdir etməmək mümkün deyil. Bu günə qədər Mərkəzin könüllüləri tərəfindən çoxsaylı məqalələrin yaradılmasını və əsaslı şəkildə redaktəsini müşahidə etmişik. Ortaya qoyulan işlərdə peşəkarlığı, etibarlı istinadlara müraciət etmək, məqalələrin akademik səviyyədə işlənilməsi prioritet təşkil edir. Mərkəzin könüllüləri “Şuşa İli” çərçivəsində məqalələrin yaradılmasını həyata keçirirlər. Bu günə qədər Qarabağın tarixi haqqında məqalələr yaradılıb. Peşəkar tərcüməçilərin prosesdə olması işin keyfiyyətini artırır. Könüllülərlə peşəkar tərcüməçilərin ortaq çalışmaları ortaya məzmunlu, etibarlı akademik istinadlara söykənən məqalələrin yaradılmasını təmin edir”, - deyə Elnur Eltürk bildirib.

Tehsil-press.az





Oxşar xəbərlər