DİM-də Efiopiyanın Dövlət Qulluğu Komissiyasının nümayəndə heyəti ilə görüş keçirilib

DİM-də Efiopiyanın Dövlət Qulluğu Komissiyasının nümayəndə heyəti ilə görüş keçirilib Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov Efiopiya Federativ Demokratik Respublikasının Dövlət Qulluğu Komissiyasının nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn ölkəmizin dövlət qulluğu sistemi barədə ətraflı məlumat verib, DİM-in dövlət qulluğu istiqamətində əməkdaşlıq etdiyi qurumlar, həyata keçirdiyi beynəlxalq layihələr, eyni zamanda, qurumun fəaliyyəti barədə təqdimat edib. Daha sonra Psixoloji qiymətləndirmə və diaqnostika şöbəsinin müdiri Pərviz Kazımov dövlət qulluğunda kompetensiya modelinin yaradılması və tətbiq edilməsi istiqamətində görülən işlər, həyata keçirilən layihələr barədə qonaqları məlumatlandırıb.
Görüşdən əvvəl qonaqlar ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzey, həmçinin qəbul imtahanları ilə bağlı respublika üzrə statistik məlumatlara dair elektron xəritə və imtahan materiallarının avtomatlaşdırılmış çap prosesi ilə tanış olublar.
Nümayəndə heyəti Efiopiyanın Dövlət Qulluğu Komissiyasının aparat rəhbəri, layihə rəhbəri, İKT məsələləri üzrə direktor, İnnovasiya və Texnologiyalar Nazirliyində keyfiyyətin təminatı üzrə mütəxəssis, Oromia Dövlət Xidmətləri Bürosunun rəhbərinin müavini, İKT bölməsinin direktor müavinindən ibarət olub. Görüşdə, eyni zamanda, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin təmsilçiləri iştirak ediblər.
Yekunda qonaqların təqdimatlara dair sualları cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər