Azərbaycan Memarlıq və İnşaat Universitetinin beynəlxalq əlaqələri günbəgün genişlənir. Bu, ümumi Azərbaycan universitetlərinin beynəlmiləlləşməsi ilə bağlı görülən işlərin tərkib hissəsidir. Bu istiqamətdə Türkiyə universitetləri ilə əməkdaşlıq bizim üçün önəmlidir. Bu gün növbəti bir müqaviləyə imza atdıq. Türkiyənin Bilkent Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı.
Bu fikri Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova jurnalistlərə müsahibəsində bildirib.
Rektor qeyd edib ki, müqavilədən gözləntilərimiz çoxdur. Əməkdaşlıq çərçivəsində bir neçə istiqamətdə çox faydalı əlaqələr qurula bilər. Sənədə əsasən, elektrik mühəndisliyi və informasiya texnologiyaları üzrə mütəxəssislər hazırlanacaq, eyni zamanda, memarlıq sahəsində təcrübə mübadiləsi aparılacaq. Müqaviləyə əsasən, yaxın gələcəkdə ikitərəfli görüşlərin keçirilməsi və əməkdaşlıq barədə danışıqların aparılması planlaşdırılır.
Tehsil-press.az