ATMU-nun maarifləndirmə təlimində iştirak edən tələbələri mükafatlandırılıb

ATMU-nun maarifləndirmə təlimində iştirak edən tələbələri mükafatlandırılıb Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Gəncləri zərərli vərdişlərdən çəkindirmək və onlarda vətənpərvərlik, dövlət rəmzlərinə hörmət hissinin gücləndirilmək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri, layihə rəhbəri Muğan Əliyev gənclər arasında narkomaniya və pis vərdişlərin fəsadları, narkomaniya və tütünə qarşı mübarizədə maarifləndirmə işinin təşkili, dövlət rəmzlərinə hörmət, sağlam həyat tərzinin təbliği, informasiya qıtlığının aradan qaldırılması, vətənpərvərlik ruhunun təşviqi və s. məsələlərə aydınlıq gətirib.
Universitetin Karyera və kommunikasiya şöbəsinin mütəxəssisi Lalə Qafarova mövzunun aktuallığını diqqətə çatdırıb, II Qarabağ müharibəsi şəhidlərinin timsalında gəncləri Vətəni daim sevməyə və qorumağa səsləyib. Fikir mübadiləsi formatında təşkil olunan təlimdə tələbələri maraqlandıran suallar cavablandırılıb.
Təlimdə fəal iştirak edən tələbələrə sertifikat, maarifləndirici buklet və informasiya materialları verilib.
ATMU-nun Tələbə Gənclər təşkilatının sədri Samir Abdullayev iştirakçılar adından layihə rəhbərinə təlimin təşkilinə görə təşəkkür edib.

Tehsil-press.az


Oxşar xəbərlər