Noyabrın 5-də keçiriləcək Təhsildə Yeni Çağırışlar III Beynəlxalq Forumunda PISA-Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının baş analitiki Maryo Piaçentini məruzə ilə çıxış edəcək.
Ölçmə üzrə mütəxəssis M.Piaçentini iqtisadiyyat üzrə fəlsəfə doktorudur. PISA fəaliyyətindən öncə Cenevrə Universiteti, Dünya Bankı və İsveçrə İnkişaf Əməkdaşlıq Təşkilatında çalışıb. M.Piaçentini PISA Tədqiqat, İnkişaf və İnnovasiya Proqramı üzrə işlərə rəhbərlik edir, XXI əsrin səriştələrinin qiymətləndirilməsini hazırlamaq üçün beynəlxalq ekspert qrupları ilə işləyir. Əsas işi uğurlu təhsil sistemlərini müəyyən etmək üçün istifadə edilən ölçmə vasitələrini inkişaf etdirməkdir.
O, qlobal səriştəlilik (PISA 2018) və yaradıcı düşüncə (PISA 2022) qiymətləndirmə çərçivələrinin əsas müəllifidir. Hazırda Rəqəmsal Dünyada Öyrənmək üzrə PISA 2025 qiymətləndirməsinin hazırlanmasına, o cümlədən texnologiya dəstəkli formativ qiymətləndirmələr üzrə tədqiqat layihəsinə rəhbərlik edir.
Xatırladaq ki, forum “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Təhsil İnstitutunun təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı, “Təhsil TV”, “Azərbaycan müəllimi” qəzeti və “Azərbaycan məktəbi” jurnalının media dəstəyi ilə hibrid formatda keçiriləcək.
Beynəlxalq forumda iştirak ödənişsizdir. Arzu edənlərə beynəlxalq sertifikat veriləcək. Beynəlxalq sertifikat qeydiyyatı üçün yerlər məhduddur. Çıxışlar Azərbaycan dilinə tərcümə olunacaq.
Tehsil-press.az