Azərbaycan Dillər Universitetinin əməkdaşı UNESCO-da məruzə ilə çıxış edib

Azərbaycan Dillər Universitetinin əməkdaşı UNESCO-da məruzə ilə çıxış edib Azərbaycan Dillər Universitetinin (ADU) Türkiyə Araşdırmalar Mərkəzinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İbrahimov UNESCO-nun Baş Qərargahında keçirilən tədbirdə iştirak edib.
Görkəmli qazax mütəfəkkiri Əhməd Baytursunlunun 150 illiyi ilə bağlı keçirilən tədbir Fransanın paytaxtı Parisdə Qazaxıstanın Elm və Təhsil Nazirliyinin və Qazaxıstanın UNESCO-dakı daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilib.
E.İbrahimov Ə.Baytursunlunun 1926-cı ildə Bakıda keçirilən Birinci Bakı Türkoloji Qurultayındakı “Orfoqrafiyanın əsas prinsipləri və sosioloji əhəmiyyəti” və “Qazax terminologiyasının prinsiplərinə dair” mövzularında məruzəsi ilə bağlı çıxış edib.

Tehsil-press.az


Oxşar xəbərlər