Beynəlxalq seminarda “Azərbaycanın şirin su ekosistemlərinin qiymətləndirilməsi” mövzusunda məruzə dinlənilib

Beynəlxalq seminarda “Azərbaycanın şirin su ekosistemlərinin qiymətləndirilməsi” mövzusunda məruzə dinlənilib Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov Böyük Britaniyanın Kembric Universitetində keçirilən “Milli ekosistem qiymətləndirmələri” qlobal seminarında iştirak edib.
BMT-nin Ətraf Mühit Proqramı Dünya Konservasiya Monitorinq Mərkəzi tərəfindən təşkil olunan tədbirdə dünyanın 10 ölkəsindən 50-dək mütəxəssis iştirak edib.
R.Abbasov seminarda “Azərbaycanın şirin su ekosistemlərinin qiymətləndirilməsi” mövzusunda çıxış edib.
Qeyd edək ki, R.Abbasov Milli Ekosistem Qiymətləndirmələri Qrupunun koordinatorudur.

Tehsil-press.az




Oxşar xəbərlər