Tələbələr “Azİİ EduLab Təhsil Mərkəzi” layihəsi barədə məlumatlandırılıb

Tələbələr “Azİİ EduLab Təhsil Mərkəzi” layihəsi barədə məlumatlandırılıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Azİİ EduLab Təhsil Mərkəzi” layihəsi ilə bağlı görüş keçirilib.
Tələbələrin iştirak etdikləri görüşdə ADNSU-nun informasiya texnologiyaları və innovasiyalar üzrə rektor müşaviri Rasim Abdullayev layihənin perspektivlərindən danışıb.
Sonra layihə rəhbəri Aytac İsmayılova təqdimatla çıxış edib. O, layihə barədə ətraflı məlumat verib, sualları cavablandırıb.

Tehsil-press.az


Oxşar xəbərlər