Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində “Bərk məişət tullantılarının növləri və əsas göstəriciləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Fakültənin dekanı dosent Hafis Hacıyev “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”dan irəli gələn məsələlərdən və bu sahədə maarifləndirmə işlərinin əhəmiyyətindən danışıb.
Tədbirdə İctimai idarəetmə və sosial innovasiyalar kafedrasının dosenti İlqar Xəlilov “Bərk məişət tullantılarının növləri və əsas göstəriciləri” mövzusunda təqdimatla çıxış edib. O, məişət tullantılarının ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri, onların toplanılması, daşınması, utilizasiyası və təkrar emalı imkanları, mütərəqqi texnologiyaların tətbiqi hesabına idarəetmənin səmərəliliyin artırılması yollarından bəhs edib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Tehsil-press.az