ADNSU-nun əməkdaşları Nəcməddin Ərbakan Universitetində olublar

ADNSU-nun əməkdaşları Nəcməddin Ərbakan Universitetində olublar Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Cihaz mühəndisliyi kafedrasının müdiri texnika elmləri doktoru Lalə Bəkirova və kafedranın müəllimi Səbinə Əliyeva Türkiyənin Nəcməddin Ərbakan Universitetində olublar.
ADNSU ilə Nəcməddin Ərbakan Universiteti arasında imzalanmış memorandum əsasında Türkiyəyə dəvət olunan əməkdaşlar Antalya AKEV Universitetində beynəlxalq konfransda iştirak ediblər. Onlar, həmçinin Nəcməddin Ərbakan Universitetinin rəhbərliyi və təhsil müəssisəsinin mühəndislik fakültəsində çalışan həmkarları ilə görüşüblər. Birgə layihənin icrası üçün geniş fikir mübadiləsi aparılıb.
Sonra ADNSU əməkdaşlarının Nəcməddin Ərbakan Universitetinin tələbələri ilə görüşü keçirilib. Hər iki tərəfdaş universitetin tələbələri üçün birgə təcrübə keçmək planları müzakirə olunub.

Tehsil-press.az



Oxşar xəbərlər