UNEC-də nəşr olunan elmi jurnalların mövcud vəziyyəti müzakirə olunub

UNEC-də nəşr olunan elmi jurnalların mövcud vəziyyəti müzakirə olunub Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) nəşr olunan elmi jurnalların mövcud vəziyyətini müzakirə etmək məqsədilə rektor professor Ədalət Muradov müvafiq struktur rəhbərləri ilə görüşüb.
Görüşdə rektor universitetin strateji hədəflərindən söz açıb. Bildirib ki, 2030-cu ilədək “Web of Science” və “Scopus” bazalarında UNEC-in 3 elmi jurnalının indekslənməsi əsas hədəflər sırasındadır. Bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir.
Sonra elm üzrə prorektor professor Sakit Yaqubov UNEC-də nəşr olunan jurnalların mövcud vəziyyəti barədə təqdimatla çıxış edib, hədəflər, problemlər və görülən işlər haqqında məlumat verib.
Təqdimatdan sonra təkliflər səsləndirilib.

Tehsil-press.az



Oxşar xəbərlər