AzMİU-da keçirilən debat turniri yekunlaşıb

AzMİU-da keçirilən debat turniri yekunlaşıb Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Debat klubunun XXIII daxili turniri keçirilib.
30 komandanın iştirak etdiyi turnir “Beynəlxalq yarışların keçirilməsi ölkənin inkişafında effektiv rol oynayır” mövzusuna həsr olunub.
Turnirin final mərhələsinin açılış mərasimində Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov çıxış edib. O bildirib ki, AzMİU rəhbərliyi tərəfindən tələbələrin fərdi inkişafı üçün müxtəlif addımlar atılmaqdadır. Tələbələr arasında debat yarışlarının təşkili, komandaların formalaşdırılması da bu qəbildəndir.
B.Aslanov tələbələri ictimai, siyasi məsələlərdə, dövlət əhəmiyyətli mövzularda aktiv olmağa çağırıb.
Debat turnirinin qalibi “Söhbətdən kənar” komandasını məğlub edən “Niyə də yox?!” komandası olub. Qaliblər diplom, medal və hədiyyələrlə təltif ediliblər.

Tehsil-press.az

Oxşar xəbərlər