Dünyanın ən yaşlı heyvanı yubileyini dostları və qubernatorla birgə “qeyd etdi”

Dünyanın ən yaşlı heyvanı yubileyini dostları və qubernatorla birgə “qeyd etdi” Conatan adlı Seyşel adaları tısbağası dekabrın 3-də Müqəddəs Yelena adasında 190 yaşını qeyd edib.
O, yerli qubernatorun evində yaşayır.
Məlumata görə, Conatanın dəqiq doğum tarixi qeyd olunmayıb, lakin onun 1832-ci ildə anadan olduğu ehtimal edilir. 50 yaşında ikən tısbağa Seyşel adalarından Müqəddəs Yelenaya hədiyyə olaraq gətirilib.
Conatan tısbağalar arasında uzunömürlülük rekorduna sahibdir. Onun sələfi Ceyms Kuk tərəfindən təxminən 1777-ci ildə Tonqa kral ailəsinə təqdim edilib və təxminən 60 il əvvəl 188 yaşında vəfat edib.
Conatan digər tısbağalarla, qonşuları David, Emma və Fred ilə yaşayır. Tısbağa artıq görməsə də, baytarlar onun əla eşitmə qabiliyyətini və enerjisini qeyd edirlər.

Tehsil-press.az

Oxşar xəbərlər