BDU-da keçirilən konfransda geoməkan məlumatlarına dair 20 məruzə dinlənilib

BDU-da keçirilən konfransda geoməkan məlumatlarına dair 20 məruzə dinlənilib Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Respublikasının Kosmik Agentliyinın (Azərkosmos) təşkilatçılığı ilə “XXI əsr: Geoməkan məlumatları və kosmik informasiya infrastrukturu. İnnovasiyalar, səmərəli istifadə yolları” mövzusunda keçirilən elmi-praktik konfrans başa çatıb. Konfransın ikinci günündə kosmik informasiya infrastrukturu və təbiət elmlərinin inkişafında geoməkan məlumatlarına dair mövzularda 20 məruzə dinlənilib, bu sahələrin inkişafı ilə bağlı təklif və tövsiyələr verilib.
Tədbirin sonunda konfrans iştirakçılarının “Azərkosmos”un Müşfiqabad qəsəbəsində yerləşən mərkəzinə ekskursiyası təşkil olunub. Mərkəzin aparıcı mütəxəssisi Aqil Əhmədov işğaldan azad olunmuş ərazilərdə “Azərkosmos” tərəfindən yerinə yetirilən layihələr və onların nəticələri haqqında məlumat verib. Sonra “Azərkosmos”un ictimaiyyətlə əlaqələr üzrə meneceri Fidan Behbudova tədbir iştirakçılarını Beynəlxalq Astronavtika Cəmiyyətinin 2023-cü ildə Bakıda keçiriləcək konqresi ilə bağlı məlumatlarla tanış edib.

Tehsil-press.az


Oxşar xəbərlər