Milli Aviasiya Akademiyasında 12 elmi istiqamət üzrə 25 mövzuda elmi-tədqiqat işləri aparılıb.
Bu barədə AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2022-ci il üzrə illik hesabatlara həsr olunmuş iclasında məlumat verilib.
Qeyd olunub ki, akademiyanın əməkdaşları tərəfindən il ərzində 229 məqalə və tezis nəşr edilib. Bu məqalələrdən 100-ü beynəlxalq jurnallarda çap olunub. Milli Aviasiya Akademiyasının ixtiralarına 3 patent alınıb. Bu il MAA-da 3 fəlsəfə doktoru və 47 magistr dissertasiyası müdafiə olunub.
Akademiyanın ayrı-ayrı kafedralarında radiotexnika, radiolokasiya, radionaviqasiya, televiziya sistemləri və qurğuları, yerüstü komplekslər, buraxılış avadanlıqları, uçan aparatlar və onların sistemlərinin istismarı, informasiya-ölçmə və idarəetmə sistemləri, elektrotexniki sistemlər və komplekslər, sistemli analiz, informasiyanın işlənməsi və idarəetmə, maşınların, cihazların və aparatların dinamikası və möhkəmliyi, naviqasiya və havada hərəkətin idarə edilməsi və digər istiqamətlərdə tədqiqatlar yerinə yetirilib. Həmçinin radioelektron mübarizə vasitələri, radiotexniki vasitələrin tətbiqi, şüalanma mənbələrinin aşkarlanması ilə bağlı araşdırmalar da aparılıb.
Tehsil-press.az