Ötən il Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin müəssisələrinin əməkdaşları tərəfindən 1074 məqalə dərc etdirilib. Məqalələrdən 623-ü nüfuzlu xarici elmi jurnallarda, o cümlədən 449-u “Web of Science” və “Scopus”, 174-ü isə digər bazalara daxil olan impakt faktorlu jurnallarda çap olunub.
Bu barədə AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında bölmənin Elmi şurasının sədri akademik Rasim Əliquliyev məlumat verib. O bildirib ki, əməkdaşların əsərlərinə 16 min 758 istinad qeydə alınıb. Bu göstərici əvvəlki illərlə müqayisədə yüksəkdir və artıq Azərbaycan alimlərinin əldə etdikləri nəticələrə xarici həmkarlar mütəmadi istinad edir.
Tehsil-press.az