Azərbaycan Dillər Universitetində Çin musiqi gecəsi

Azərbaycan Dillər Universitetində Çin musiqi gecəsi Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının təşkilatçılığı ilə Olimpiya Mədəniyyət və Təhsil Proqramı (OCEP) çərçivəsində Çin musiqi gecəsi keçirilib.
Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov və İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova Çinin ənənəvi mədəniyyətinin unikallığını və müxtəlifliyini qeyd edib, Azərbaycan-Çin mədəni əməkdaşlığının genişləndirilməsinin vacibliyindən danışıblar. Tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin nümayəndəsi Sevda Quliyeva OCEP haqqında məlumat verib, tələbələrə yaradıcılıq uğurları arzulayıb.
Gecədə İncəsənət Gimnaziyasının şagirdləri Çin mədəniyyəti ilə bağlı rəngarəng konsert proqramı təqdim ediblər. Gövhər Ağayarova və Rəhim Qədimzadə Çin dilində populyar mahnıları, Abid Çələbiyev isə kamançada Çin bəstəkarının əsərini ifa edib. Bəstəkarlıq fakültəsinin tələbəsi Eldar Cəbrayılovun Çin motivləri əsasında hazırladığı müəllif melodiyası böyük maraqla qarşılanıb.
Xoreoqrafiya şöbəsinin tələbələri ənənəvi Çin rəqsini ifa ediblər. Tədbirdə, həmçinin ənənəvi çay dəstgahı mərasimi, Çin və ərəb xəttatlığı üzrə ustad dərsi keçirilib. İncəsənət fakültəsi tələbələrinin ənənəvi Çin rəssamlığı “Qoxua” üslubunda işlərindən ibarət sərgi nümayiş etdirilib.

Tehsil-press.az



Oxşar xəbərlər