Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiyanın gizli yeraltı anbarları və gizlədilmiş xammal aşkar edilib”

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiyanın gizli yeraltı anbarları və gizlədilmiş xammal aşkar edilib” Ukraynada rusiyalı oliqarx Alişer Usmanovun təxminən iki milyard qrivna (54 milyon dollar) dəyərində əmlakına həbs qoyulub.
Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat verib.
Məlumata görə, istintaq və əməliyyat tədbirləri nəticəsində Rusiya Federasiyasının yeraltı anbarlarının yeri müəyyən edilib ki, burada 160 min tondan çox Ukrayna dəmir filizinin saxlanıldığı məlum olub.
“Ukraynanın bir neçə dəniz limanının ərazisində gizlədilmiş xammal aşkar edilib. Müsadirə olunmuş faydalı qazıntıların ümumi dəyəri təxminən iki milyard qrivna (54 milyon dollar) təşkil edir”, - deyə məlumatda qeyd olunub.
Müəyyən edilib ki, aşkarlanan dəmir filizi partiyası Kremlin ali hərbi-siyasi rəhbərliyinin yaxın çevrəsinin üzvü olan rusiyalı oliqarx Alişer Usmanovun şirkətinə məxsusdur.
Məlumata görə, rusiyalılar gizli xammalı qanunsuz olaraq gəmilərlə Rusiyaya göndərməyə cəhd ediblər. Bundan sonra faydalı qazıntıların Rusiyanın metallurgiya sənayesi və hərbi-sənaye kompleksinə verilməsinin planlaşdırıldığı məlum olub. Və nəticədə də bundan Rusiya hərbçilərinin ehtiyaclarının ödənməsi üçün istifadə edilməsi nəzərdə tutulurmuş.
Təhlükəsizlik Xidmətinin materiallarına əsasən, müsadirə edilmiş əmlaka həbs qoyulub. Əmlakın Korrupsiya və digər cinayətlərdən əldə edilmiş aktivlərin müəyyən edilməsi, axtarışı və idarə olunması üzrə Milli Agentliyə verilməsi məsələsi həll edilir.

Tehsil-press.az

Oxşar xəbərlər