2021-ci ildə dünya üzrə təxminən beş yaşınadək beş milyon uşaq ölüb.
Bu barədə məlumatı BMT-nin Uşaq Fondu (UNICEF) yayıb. Uşaq ölümlərinin qiymətləndirilməsinə dair təşkilatdaxili qrupun hesablamalarına görə, həmin il ərzində 5-24 yaş arasında daha 2,1 milyon uşaq, yeniyetmə və gənc həyatını itirib. Bundan başqa 1,9 milyon körpə isə ölü olaraq doğulub.
Hesabatda qeyd edilir ki, ana, yeni doğulmuş körpə, uşaq və yeniyetmələr üçün bərabərhüquqlu tibbi təminatın mövcudluğu şərtləri altında ölüm hallarının əksəriyyəti baş verməyə bilərdi. Hesabatda eyni zamanda müsbət tendensiyalar da əksini tapıb. Beş yaşadək uşaqlar arasında ölüm halları əsrin əvvəli ilə müqayisədə 50 faiz azalıb, 5 yaşdan yuxarı uşaqlar və yeniyetmələr arasında isə azalma 36 faiz olub. Ölü doğulan körpələrin sayında 35 faiz azalma baş verib. Bu, səhiyyə sistemlərində əsaslı sərmayələrin yatırılması nəticəsində mümkün olub.
Bununla belə, dünyanın müxtəlif regionlarında səhiyyə sisteminin gücləndirilməsi və tibbi təminatın yaxşılaşdırılması baş verməzsə, 2030-cu ilədək 59 milyon uşaq və yeniyetmənin həyatını itirməsi, 16 milyon körpənin isə ölü doğulması proqnozlaşdırılır.
Tehsil-press.az