ADA Universiteti ilin ilk Anlaşma memorandumunu yanvarın 11-də Misirin Diplomatik Araşdırmalar İnstitutu ilə imzalayıb.
Sənədi ADA Universitetinin prorektoru, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə və Misirin Diplomatik Araşdırmalar İnstitutunun direktoru Valid Haqqaq imzalayıblar. Sənədə əsasən, tərəflər konfranslar, mühazirələr və ya dəyirmi masa müzakirələri də daxil olmaqla müxtəlif birgə tədbirlər təşkil edəcək və qarşılıqlı maraq doğuran sahələrdə təcrübə və bilik mübadiləsi həyata keçirəcəklər.
Fariz İsmayılzadə ADA Universitetinin beynəlxalq müstəvidə tərəfdaşlarının sayının durmadan artığını vurğulayaraq tərəflər arasında əməkdaşlığın 5 prioritet istiqamətindən bəhs edib. Bildirib ki, həmin prioritetlər sırasında diplomatlar üçün təlim proqramlarının, eləcə də müxtəlif aktual mövzular barədə yay məktəbləri və genişmiqyaslı tədbirlərin təşkilini, birgə analitik araşdırmaların aparılmasını və "Bakı dialoqları" jurnalında dərc olunacaq məqalələrin yazılması kimi fərqli istiqamətləri qeyd etmək mümkündür.
Valid Haqqaq akademik əməkdaşlığın genişlənməsində tələbələrin də vacib roluna toxunaraq bildirib ki, sözügedən sənəd hər iki ölkənin təmsil olunduğu region barədə məlumatlılığın da artırılmasına fayda verəcək.
Tehsil-press.az