Məktəblilər Azərbaycan Dövlət Neft və Sənaye Universitetində

Məktəblilər Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Bakı şəhəri 201 nömrəli tam orta məktəbin rəhbərliyi və X-XI sinif şagirdləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ekskursiyada olublar.
Əvvəlcə məktəbin rəhbərliyi və şagirdlər ADNSU-nun Mineralogiya Muzeyini ziyarət edib, burada nümayiş etdirilən müxtəlif növ mineral nümunələri ilə tanış olublar. Onlara mineralların adı, kimyəvi tərkibi və tapıldığı yataqlar haqqında məlumat verilib.
Sonra məktəblilər ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin laboratoriyaları, Azərbaycan-Türkiyə Dostluq Mərkəzi və Azİİ e-Kitab Evində olub, Vətən yolunda şəhidlik zirvəsinə yüksəlmiş ADNSU məzunlarının xatirəsinə həsr olunan abidəni ziyarət ediblər.
Görüş zamanı rektor Mustafa Babanlı şagirdlərə universitetdəki tədris prosesi, ixtisaslar, qazanılan elmi nailiyyətlər, həmçinin informasiya texnologiyaları kursları, şirkətlərlə əlaqələr və beynəlxalq əməkdaşlıq haqqında məlumat verib.

Tehsil-press.az


Oxşar xəbərlər