Ümumtəhsil məktəblərində şagirdlərin startap ideyalarının dəstəklənməsinə önəm verilir

Ümumtəhsil məktəblərində şagirdlərin startap ideyalarının dəstəklənməsinə önəm verilir Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bu ali məktəbin rektoru professor Mustafa Babanlı ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyevanın görüşü olub. Görüş zamanı ümumtəhsil məktəblərində şagirdlərin startap ideyalarının dəstəklənməsi ilə bağlı müzakirələr aparılıb.
Professor M.Babanlı, eyni zamanda, ADNSU-da tədris prosesi, ixtisaslar, beynəlxalq əməkdaşlıq əlaqələri və elmi nailiyyətlər haqqında məlumat verib.
BŞTİ-nin müdiri M.Vəliyeva universitetdə yaradılan tədris mühiti və ADNSU-nun startaplarla bağlı təcrübəsini yüksək qiymətləndirib. O, Bakı şəhərindəki orta ümumtəhsil məktəblərində şagirdlərin startap ideyalarının dəstəklənməsində kömək göstərilməsi və bu istiqamətdə universitetlə birgə görülə biləcək işlərdən danışıb.
BŞTİ-nin rəhbəri və nümayəndələri universitetdə Azərbaycan-Türkiyə Dostluq Mərkəzi, Azİİ e-Kitab Evi, Mineralogiya muzeyi, ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) laboratoriyaları ilə tanış olublar. Qonaqlar ADNSU-nun şəhid olmuş məzunlarının Xatirə kompleksini və Milli Qəhrəman Mübariz İbrahimovun abidəsini ziyarət edib, onların xatirəsini ehtiramla yad ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər