Yaponiya Rusiyadan olan 22 fiziki şəxsin və 3 şirkətin aktivlərini dondurur

Yaponiya Rusiyadan olan 22 fiziki şəxsin və 3 şirkətin aktivlərini dondurur Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirib.
Bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Məhdudiyyətlər Rusiyadan 22 fiziki şəxsin və 3 təşkilatın aktivlərinin dondurulmasını, vaksinlərin və tibbi cihazların, o cümlədən robotların, radioaktiv materialların, nüvə obyektləri, neft və təbii qaz kəşfiyyatı üçün avadanlıqların Rusiyaya ixracına qadağa qoyulmasını nəzərdə tutur.
Qadağa fevralın 3-dən qüvvəyə minəcək.

Tehsil-press.az

Oxşar xəbərlər