Tələbələrimizdən ilk: Doğma dilimizdə proqramlaşdırılan 3D printer hazırlandı

Tələbələrimizdən ilk: Doğma dilimizdə proqramlaşdırılan 3D printer hazırlandı Azərbaycan Texniki Universitetinin (AzTU) “InTech” komandasının üzvləri Nəqliyyat və logistika fakültəsinin IV kurs tələbəsi Mirsahib Ağazadə, İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin III kurs tələbəsi Ömər Ələsgərov və Energetika və avtomatika fakültəsinin I kurs tələbəsi Sübhan Ələsgər ilk dəfə Azərbaycan dilində proqramlaşdırılan 3D printer hazırlayıblar.
AzTU-nun “Cezeri Lab” laboratoriyasında hazırlanan 3D printer keyfiyyəti, sürəti və səssizliyi ilə digərlərindən fərqlənir. Bu cihaz kompüterdəki 3D modeli lay-lay çap edərək emal olunmasına imkan verir. 3D printerdə müxtəlif materiallardan istifadə etmək mümkündür. Ən çox istifadə olunan isə PLA (plastik) materialdır. Texnologiyanın ən böyük üstünlüyü dizaynların tez və asanlıqla çap olunub fiziki hala gətirilməsidir. Bu, həm də dizayn və istehsal prosesini sürətləndirir.
Tələbələrin hazırladıqları sözügedən layihə təhsil müəssisələri və şəxsi istifadə üçün nəzərdə tutulub.
Qeyd edək ki, “Cezeri Lab” laboratoriyası Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən qurulub.

Tehsil-press.az

Oxşar xəbərlər