UNEC tələbələri АССА imtahanlarında ölkə birincisi olublar

UNEC tələbələri АССА imtahanlarında ölkə birincisi olublar Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri АССА (İxtisaslaşmış Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) imtahanında müxtəlif kateqoriyalar üzrə ölkə birincisi olublar.
Beynəlxalq İqtisadiyyat Məktəbinin maliyyə ixtisası üzrə 4-cü kurs tələbəsi Fərid Əliyev ACCA imtahanında “Taxation” (Vergitutma) üzrə Azərbaycanda ən yüksək nəticəni əldə etməklə, “Placewinner” mükafatına layiq görülüb. F.Əliyev ümumilikdə “ACCA Member” statusu üçün tələb olunan 13 sertifikatdan 7-nə malikdir. O, hazırda dünyanın ən nəhəng “Böyük Dördlük” şirkətlərindən olan “Ernst&Young”da audit üzrə mütəxəssis vəzifəsində çalışır.
Beynəlxalq İqtisadiyyat Məktəbinin maliyyə ixtisası üzrə 4-cü kurs tələbəsi Anar Abbasov isə ACCA imtahanında “Strategic Business Reporting” (Strateji Biznes Hesabatı) üzrə 5-ci dəfə ölkə birincisi və dünya dördüncüsü olub. A.Abbasov hazırda “Böyük Dördlük” konsaltinq şirkətlərindən olan “Deloitte”də maliyyə məsləhətçisi vəzifəsində çalışır.

Tehsil-press.az

Oxşar xəbərlər