Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “North West” şirkətinin əməkdaşları üçün ixtisasartırma kursu təşkil olunub.
İxtisasartırma fakültəsinin nəzdindəki “KNAUF” Tədris Mərkəzində təşkil olunan kursda “North West” şirkətinin 10 əməkdaşı iştirak edib.
Üç gün davam edən ixtisasartırma kursunda tikinti materialları ilə işləmək, karkazların hazırlanması və tikinti materialların xüsusiyyətlərinə görə istifadə üsulları haqqında ətraflı məlumat verilib. Kurs 2 bölmədən ibarət olub. Kursun birinci bölməsində nəzəri, ikinci bölməsində isə praktiki biliklər verilib.
Kursu müvəffəqiyyətlə bitirən “North West” şirkətinin əməkdaşlarına “KNAUF” Tədris Mərkəzinin sertifikatları təqdim olunub.
Qeyd edək ki, “KNAUF” Tədris Mərkəzi AzMİU ilə “KNAUF” şirkəti arasında əməkdaşlığa əsasən yaradılıb. Mərkəzdə mütəmadi olaraq tikinti sahəsində fəaliyyət göstərən şirkət və fərdi şəxslər üçün təlimlər, ixtisasartırma kursları təşkil edilir.
Tehsil-press.az